Son Xəbər: İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib, Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək,

“1 milyonluq ofis müqaviləsi bağlayan obyektin sahibi Cavanşir Feyziyevin oğludur”

“1 milyonluq ofis müqaviləsi bağlayan obyektin sahibi Cavanşir Feyziyevin oğludur”

Tarix: 18-08-2021, 11:59


“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildi fəaliyyətə başlayıb, pilot layihələr edib - bununla bağlı normal məlumatlar yaymayıb”.

Mediabiz.az xəbər verir ki, bunu iqtisadçı ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərli yazıb. O bildirib ki, Agentliyin fəaliyyəti ilə bağlı ciddi suallar var: “Əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin.

İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb - müqavilənin dəyəri 1 mln. 176 min manatdır. Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada”.

Ekspertin sözlərinə görə, həmin obyektin sahibi gənc bir insandır: “Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur.

Bu da Azərbaycan fenomenidir - bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderləri udurlar, bu "sirri" İskoç Bilim Adamları da çözə bilməz”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR