Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Təhsil Nazirliyindən valideynlərin vaksin vurdurması tələbi ilə bağlı - Açıqlama

Təhsil Nazirliyindən valideynlərin vaksin vurdurması tələbi ilə bağlı - Açıqlama

Tarix: 18-08-2021, 18:16


Təhsil Nazirliyi valideynlərin vaksinasiyadan keçməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov feysbuk hesabında bildirib ki, son vaxtlar onlara sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar.

“Məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi?

Cavab budur ki xeyr, verilməyib.

Ancaq suala cavab verilərkən, həm də “bəli” demək istərdik.

Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Bu belə deyilmi!?

Bir sözlə, təhsil üçün vaksinasiya bu gün də aktualdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR