Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

"100 min dolları öz maşınında şəxsən Rafael Cəbrayılova verdim" - Zərərçəkmiş

"100 min dolları öz maşınında şəxsən Rafael Cəbrayılova verdim" - Zərərçəkmiş

Tarix: 19-08-2021, 17:28


Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediabiz.az APA-ya istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş qismində çıxış edənlər ifadələrində Rafael Cəbrayılova müxtəlif vaxtlarda pul verdiklərini, lakin sabiq deputatın pulu qaytarmadığını bildiriblər.

Zərərçəkmiş Yusif Orucov sabiq deputatla 2015-ci ildə onun avtomobilində görüşdüyünü və ona 100 min dollar verdiyini deyib. Digər zərərçəkmiş Şəfanə Məmmədova isə ifadəsində R.Cəbrayılova 50 min dollar verdiyini deyib. Zərərçəkmiş Sənan Ağamirov isə bildirib ki, o, sabiq deputata ümumilikdə 45 min dollar verib və həmin pulun 12 min dollarını geri ala bilməyib.

Digər zərərçəkmiş Məlahət Qurbanova çıxışında sabiq deputata 561 min manat verdiyini və bu məbləğin 169 min manatını geri aldığını deyib. Daha sonra R.Cəbrayılov zərərçəkmişlərin ifadələrinin düzgün olmadığını deyərək bildirib ki, onlardan pulları 2,5 faizlə borc kimi alıb və əksəriyyətini də geri qaytarıb.

Növbəti proses sentyabrın 2-nə təyin olunub.

İttihama görə, 2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Belə ki, istintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR