Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Qəbələdəki yanğın nəzarətə götürüldü - Video

Qəbələdəki yanğın nəzarətə götürüldü - Video

Tarix: 19-08-2021, 18:10


Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısı alınaraq, nəzarətə götürülməsi mümkün olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hazırda ərazidə bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri həyata keçirilir.

Qeyd edək ki, relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq həyata keçirilir.

Yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR