Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

"Pambəhi" istirahət mərkəzinin sahibinə cinayət işi açıldı

"Pambəhi" istirahət mərkəzinin sahibinə cinayət işi açıldı

Tarix: 20-08-2021, 10:47


Lənkəran rayonunda yerləşən “Pambəhi” ailəvi istirahət mərkəzinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmışdır.

Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Osaküçə meşəbəyliyinin 10 saylı dolayında yerləşən qeyd edilən ailəvi-istirahət mərkəzinin sahibi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Firad Həbibov tərəfindən həmin ərazidə yerləşən 40 və 60 sm diametrli 2 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 13 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda), 188.2 (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR