Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Azərbaycan bir neçə dövlətə yüz minlərlə peyvəndi pay verib

Azərbaycan bir neçə dövlətə yüz minlərlə peyvəndi pay verib

Tarix: 23-08-2021, 08:41


Azərbaycanda hazırda kifayət qədər vaksin dozası var.

Bu barədə səhiyyə nazirinin birinci müavini Teymur Musayev "Real TV"də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində deyib.

Onun sözlərinə görə, vaksinasiyanı daha çox təbliğ edilməsi üçün mütəxəssislər lazımdır: “İnsanları yayındırmasalar, hamı peyvənd olunar".

Musayev bildirib ki, son zamanlar çoxlu sayda insan vaksin vurdurma məntəqələrinə gəlir: "Onlar artıq məsələnin ciddiyyətinə varırlar. Azərbaycanda hazırda kifayət qədər vaksin dozamız var".

Peyvəndlərin qiymətinə gəlincə isə nazir müavini deyib ki, söhbət külli miqdarda məbləğdən gedir. Musayev qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə bir neçə dövlətə yüz minlərlə peyvənd pay verilib:

"Bu da bizim humanist dövlət olmağımızı bir daha sübut edir. Bəzi ölkələrdə peyvəndlər ancaq öz vətəndaşlarına vurulur. Lakin bizim ölkədə bir çox diplomatik nümayəndələr, Azərbaycanda yaşamaq icazəsi olan xarici vətəndaşlar, təhsil almağa gələnlər peyvənd edilir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR