Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

“Aztelekom”dan yenilik

“Aztelekom”dan yenilik

Tarix: 23-08-2021, 10:07


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən yüksək keyfiyyətli beynəlxalq və şəhərlərarası telefon rabitəsinin təmin olunması məqsədilə “Alcatel 1000 S-12” tipli stansiya yenilənərək müasir standartlara cavab verən İMS (IP multimedia subsystem) texnologiyasına əsaslanan platformaya keçirilib.

Uzunmüddətli istismar nəticəsində avadanlıqların köhnəldiyini, həmçinin tələbatı ödəmədiyini nəzərə alaraq ölkə ərazisində stansiyanın müasir əsaslarda quraşdırılması işlərinə 2019-cu ildən başlanılıb. Ötən müddət ərzində Bakı şəhəri və Yevlax rayonu ərazisində yeni stansiyalar quraşdırılıb və uğurla sınaqdan keçirilib. Artıq yeni stansiyalar tam istismara verilib.

IMS texnologiyasına keçid “Aztelekom” MMC istifadəçilərinə telefon xidmətlərindən istifadə zamanı daha keyfiyyətli rabitə xidmətindən faydalanmağa şərait yaradacaq.

Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyaları sektoru ölkə iqtisadiyyatının dinamik inkişaf edən aparıcı sahələrindən biridir. Bu məqsədlə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi, yeni avadanlıqların təmin olunması istiqamətində regionlarda bir sıra mühüm işlər aparılmaqdadır.

Rayon, qəsəbə və kəndlərdə vətəndaşların dayanıqlı, təhlükəsiz və keyfiyyətli informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır və layihələr həyata keçirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR