Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Məleykə Abbaszadə bu gün abituriyentləri maraqlandıran suallara cavab verəcək

Məleykə Abbaszadə bu gün abituriyentləri maraqlandıran suallara cavab verəcək

Tarix: 23-08-2021, 11:46


Avqustun 20-dən başlayaraq, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi aparılır. İnternet vasitəsilə aparılan proses avqustun 30-dək davam edəcək.

Bu sahədə yaranmış çoxsaylı müraciətləri nəzərə alan Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün abituriyentlərin suallarını cavablandıracaq.

Məleykə Abbaszadə bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə suallara cavab verəcək.

DİM sədri II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq.

İxtisas seçimi ilə əlaqədar olan sualları Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsində yerləşdirilən elanın altına yaza bilərsiniz.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR