Son Xəbər: Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir,

"Taliban" Əfqanıstanın idarəçiliyi üçün 12 nəfərdən ibarət şura yaratmaq istəyir

"Taliban" Əfqanıstanın idarəçiliyi üçün 12 nəfərdən ibarət şura yaratmaq istəyir

Tarix: 24-08-2021, 07:40


Radikal “Taliban” hərəkatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün şura qurmaq niyyətindədir. Onlar buraya 12 nəfəri daxil etmək istəyirlər. Bu siyahıda ölkənin əvvəlki hökumət üzvlərindən bəzilərinin də adı olacaq.

APA xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı hərəkatın liderlərinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şuradakı ən nüfuzlu üç şəxs “Taliban”ın siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu və “Taliban”ın hərbi komissiyasının rəhbəri Mouləvi Yaqub, həmçinin “Haqqani şəbəkəsi” təxribatçı qrupunun lideri və sahə komandiri Siracuddin Haqqani olmalıdır.

Qəzet qeyd edir ki, “Taliban” Əfqanıstanda prezident və ya hər hansı digər vahid lider postunu bərpa etməyi düşünmür. Bununla belə, onlar ABŞ-nin dəstəklədiyi əvvəlki hökumət üzvlərindən bəzilərinə yeni kabinetdə öz seçimləri üzrə nazir vəzifələrini təklif etmək niyyətindədirlər. “Taliban” bununla da beynəlxalq ictimaiyyət tərəfindən tanınma şansını artırmaq üçün mümkün qədər əhatəli görünən bir hökumət yaratmaq istəyir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR