Son Xəbər: Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir,

"Xankəndinə cəllad Stepan Şaumyanın adını verdilər" - İlham Əliyev

"Xankəndinə cəllad Stepan Şaumyanın adını verdilər" - İlham Əliyev

Tarix: 26-08-2021, 17:10


Biz azad edilmiş torpaqlara müntəzəm olaraq xarici qonaqları gətiririk. Jurnalistləri, siyasətçiləri, ictimai xadimləri ki, görsünlər və bilsinlər ki, biz təkcə özümüzü işğaldan azad etməmişik, biz bölgəni erməni faşizmindən azad etmişik. Bu gün bu əraziləri bərpa edərək biz tarixi ədaləti bərpa edirik.

Bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı çıxışında xalqımızın uzun illər ədalətsizliklərlə üzləşdiyini xatırladıb. “XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birinci, 1920-ci ildə, ki o vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaranmasının heç bir əsası yoxdur. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə iqtisadi əsası var idi. Heç bir əsası yox idi. Sadəcə olaraq bizim canımıza bax bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il 7 iyul ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Onun da adını cəllad Stepan Şaumyanın adına verdilər. Stepanakert adlandırdılar, - deyə Prezident İlham Əliyev qeyd edib .

Bununla bağlı söhbəti davam etdirən dövlətimizin başçısı deyib: “Ondan sonra da zərbələr oldu. 40-cı, 50-ci illərdə Ermənistan ərazisindən qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 80-ci illərin sonlarında erməni separatizmin baş qaldırılması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi, əksinə, separatistləri təhrik edirdilər. Onların havadarları bizə meydan oxuyurdular”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR