Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

"Azərbaycan hakim strateji nöqtələrə sahibdir" - Ali baş komandan

"Azərbaycan hakim strateji nöqtələrə sahibdir" - Ali baş komandan

Tarix: 26-08-2021, 17:23


Bəzi xarici mətbu orqanlarında deyilir ki, Azərbaycan yeddi rayonu azad edib. Bu, həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər, Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, Suqovuşan qəsəbəsini azad edib.

Bu fikri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı çıxışında bu ərazilərin strateji əhəmiyyətindən danışıb. “Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir. İstər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində. 7 iyul tarixi əgər 1923-cü ildə xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. 7 iyul artıq gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 7 iyul 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman mənim tərəfimdən imzalandı. Tarixi ədalət bərpa edildi ”, - deyə Prezident vurğulayıb.

Prezident İlham Əliyev əziz şəhidlərimizin xatirəsini bir daha yad edərək deyib: “Siz, onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR