Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Qazaxıstanda hərbi hissədə partlayış, xeyli sayda yaralı var - Video

Qazaxıstanda hərbi hissədə partlayış, xeyli sayda yaralı var - Video

Tarix: 26-08-2021, 22:15


Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrdən birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Mediabiz.az Rusiya mediasına istinadən məlumatına görə, hadisə nəticəsində Fövqəladə Hallar Departamentinin əməkdaşları və hərbçilər yaralanıb. Vilayət administrasiyanın məlumatına görə, yaralıların sayı 60 nəfərdir. Daha əvvəl Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Tvitter səhifəsində 30 nəfərin yaralandığını və faktla bağlı cinayət işi açıldığını yazmışdı.

“Yanğının nəticələrinin aradan qaldırılması üçün operativ qərargah işə başlayıb. Müdafiə, fövqəladə hallar nazirləri, daxili işlər nazirinin müavini əraziyə yollanıb. Yaxınlıqdakı kəndlərin sakinlərinin təxliyyəsi barədə qərar qəbul edilib. Müvəqqəti olaraq dəmiryol əlaqəsi dayandırılıb”, - deyə Tokayev paylaşımında bildirmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR