Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Xəstəxanaya belə gəlməyən şəxslərə COVID-19 pasportu verdilər - Video

Xəstəxanaya belə gəlməyən şəxslərə COVID-19 pasportu verdilər - Video

Tarix: 27-08-2021, 17:04


Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhər Poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilməsi həyata keçirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Qeyd edilib ki, paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara pul müqabilində xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovanın yaşadığı evdən və  R.Əliyevanın əl çantasından xeyli sayda peyvəndin 1-ci və 2-ci dozasının vurulmasına dair saxta pasportlar aşkar edilib.

Həmçinin R.Əliyevadan pul müqabilində guya peyvənd olunmuş şəxs kimi qeydiyyata düşmək üçün ona müraciət edən müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələri və sürətləri, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR