Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Şahzadə Uilyamdan gözlənilməz açıqlama: Qardaşımı bir daha qucaqlaya bilməyəcəyəm

Şahzadə Uilyamdan gözlənilməz açıqlama: Qardaşımı bir daha qucaqlaya bilməyəcəyəm

Tarix: 13-01-2020, 18:17

37 yaşlı Şahzadə Uilyam şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin böyük üzvləri vəzifəsindən istefa etməsi qərarını ilk dəfə şərh edib.
O, artıq əvvəlki kimi yaxın münasibətlərə sahib olmadıqlarına görə təəssüfləndiyini bildirib.
Bunu “Times” nəşrinə ailəyə yaxın insayderlər məlumat verib.

“Həyatımız boyu əlimi çiyninə qoyaraq qardaşımın yanında olmuşam. Mən onu heç vaxt qucaqlaya bilməyəcəyəm - tamamilə yad olmuşuq. Bundan kədərlənirəm. Hamımızın bir komanda olmasını istəyirəm”, - deyə Şahzadə Uilyam dostlarından biri ilə söhbətində deyib.
Keyt Middeltonun əri, ingilis tabloidlərin yazdığı məlumata görə, “dərin kədər” içindədir. Kembric hersoqu Şahzadə Harri və həyat yoldaşının bir gün yenə öz qohumları ilə ortaq dil tapa biləcəyinə ümid etdiyini bildirib.
Bir neçə gün öncə Şahzadə Çarlzın oğlu şahzadə Harri və həyat yoldaşının qərarı səbəbindən əsəbləşərək, qəzəbləndiyi bildirilib. Şayiələrə görə, guya ailələrinə kral səlahiyyətlərini istefa edəcəkləri barədə xəbərdarlıq etmədikləri iddia edilib. Yanvarın 10-da kraliça II Yelizaveta təcili iclas keçirib. Ailənin iclası sabah da keçiriləcək, lakin Meqan Markl orada iştirak etməyəcək. O, məsələnin həllinə dair kral ailəsi ilə telefonla əlaqə qurmağı planlaşdırır. İndi Meqan səkkiz aylıq oğlu Arçi ilə Kanadadadır.
Qeyd edək ki, yanvarın 8-də şahzadə Harri və Meqan Markl krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR