Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Çingiz Abdullayev koronavirusa yoluxmaq məsələsinə aydınlıq gətirdi - YENİLƏNİB

Çingiz Abdullayev koronavirusa yoluxmaq məsələsinə aydınlıq gətirdi - YENİLƏNİB

Tarix: 31-08-2021, 14:03

Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxması xəbərlərinə şəxsi “Facebook” hesabından reaksiya verib:

“Səkkiz gün əvvəl koronavirusa yoluxdum. Ən təhlükəli “Delta” variantına. Başım ağrıyırdı, titrətməm var idi”.

O, vaksin vurdurmayanlara səslənərək deyib ki, ən vacib məqam dörd ay əvvəl peyvəndin hər iki dozasını vurdurmağım və Avropadan sifariş edilən dərmanları və vitaminləri qəbul etməyimdir:

“Nəticədə xəstəliyi demək olar ki, hiss etmədim. Amma təbii ki, karantində oldum. Saturasiyam 97-98 səviyyəsində idi. Temperaturum və öskürəyim olmadı. Demək olar ki, bütün qoxuları hiss edirdim”.

Abdullayev bütün bunları peyvəndlə əlaqələndirir və hamını vaksin vurdurmağa çağırır.

“Həyatım boyu bir dəfə də siqaret çəkməmişəm, demək olar ki, spirtli içki qəbul etmirəm, gəncliyimdə idmanla çox məşğul olmuşam. Adətən, futbola üç-dörd saat vaxt ayırıram. Bu artıq sağlamlıq məsələsidir. Xəstə ola bilərsiniz, amma bu, ölməyə rəvac vermir. Piylənmə də təsir edə bilər. 1.87 boyla uzun illər 94-97 kiloqram çəkidə olmuşam. Heç kim demir ki, xəstələnməyəcəksiniz.

Bu infeksiya hər kəsi yoluxdura bilər. Amma ölmək mütləq deyil. Həm də xəstəliyi ağır keçirmək də dözülməzdir. Qayğınıza görə hamınıza təşəkkür edirəm. Sağlam olun!”, - deyə o “Facebook” hesabında yazıb.

12:46

Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının Xalq yazıçısı Çingiz Abdullayev COVID-19 virusuna yoluxub.

Xalq yazıçısı hazırda klinikaların birində müalicə olunur. Vəziyyəti stabildir.

Xatırladaq ki, Ç.Abdullayev 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibidir, Azərbaycan PEN klubunun vitse-prezidentidir.

Mənbə: Sputnik.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR