Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Tibb işçisi maska taxmadı, vətəndaşlar etiraz etdi - Video

Tibb işçisi maska taxmadı, vətəndaşlar etiraz etdi - Video

Tarix: 1-09-2021, 13:28


Sosial şəbəkələrdə Sumqayıtda poliklinikaların birində vətəndaşlara xidmət edən tibb işçisinin maska taxmadığını əks etdirən video paylaşılıb.

Bu zaman növbədə dayanan şəxslər tibb işçisinə maska taxmadığına görə etiraz ediblər. Həmin etiraz poliklinikada gərgin anların yaşanmasına gətirib çıxarıb. Otaqda polis əməkdaşının olması və tibb işçisinə maska taxmadığına görə xəbərdarlıq etməməsi də müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.az-a məsələ ilə bağlı bildirilib ki, görüntülərdə əks olunan şəxslərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar. Eləcə də poliklinika rəhbərliyi həmin şəxslərə töhmət elan edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR