Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Sentyabrın 15-i “Məktəbə qayıdış” olacaq - Belə deyirlər...

Sentyabrın 15-i “Məktəbə qayıdış” olacaq - Belə deyirlər...

Tarix: 2-09-2021, 08:18


Yeni tədris ili ərəfəsində uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliklərinin birgə məlumatında bildirilib. “ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması kimi tədbirlər vasitəsilə məktəb mühitinin təhlükəsizlik standartlarına uyğunluq baxımından yaxşılaşdırılması daxildir.

Peyvəndlənmə, “Delta” variantı da daxil olmaqla, virusdan ən yaxşı və sürətli qorunma üsullarından biridir. Müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi bu il mövcud olan bir üstünlükdür ki, bunun sayəsində məktəblər daha təhlükəsiz məkan olacaq. İki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə çevrilib.

Məktəblərin qapanması uzun müddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq.

Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir.

Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik”- deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.

“Pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi. Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidir. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir”, - deyə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens qeyd edib.

Qeyd olunub ki, hazırda UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın seçilmiş on rayonunda təlimi bərpa etmək məqsədilə uşaqlara ünvanlı dəstək vermək üçün Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Proqram yeni dərs ilində geri qalmamaları üçün uşaqlara əlavə tədris şəklində dəstək, müəllimlərə isə mentorluq dəstəyi nəzərdə tutur. Uşaqlar və müəllimlərə psixi sağlamlıqla bağlı və psixo-sosial dəstək həm UNICEF, həm də ÜST üçün davamlı prioritetlərdən biri olacaq: "UNICEF və ÜST-nin Azərbaycandakı Nümayəndəlikləri ölkədə bütün uşaqların məktəblərə təhlükəsiz qayıdışı naminə valideynlər, müəllimlər və şagirdlər üçün bütün zəruri məlumatlar da daxil olmaqla birgə “Məktəbə qayıdış” kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək verəcək".

ÜST-nin qərarını yüksək dəyərləndirdiyini deyən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında vurğulayıb ki, ölkəmizdə tədrisin ənənəvi qaydada başlaması daha məqsədəuyğundur. Ekspert qeyd edib ki, ali təhsil müəssisələrində tədrisin təşkili kifayət qədər ciddi problemə çevrilib:

"Çünki orta ümumtəhsil məktəblərində pandemiya dövründə iki dəfə tədris ənənəvi qaydada bərpa edilsə də, ancaq ali təhsil müəssisələrində bu, ciddi problem olaraq qalıb. Bizim ali təhsil müəssisələrimizdə təhsil alan tələbələrimiz 1 il 6 aydan çoxdur ki, məsafədən dərslərdə iştirak edirlər. Təbii ki, bu da onların zəruri bilik əldə etməsinə ciddi şəkildə mənfi təsir göstərir. Xüsusən tibb və mühəndislik ixtisaslarında tələbələrin ciddi şəkildə problem yaşadığının şahidiyik.

Həmçinin internetlə bağlı yaşanan problemlər də ənənəvi təhsilə keçidi zəruri edir.

Ancaq burada istisnalar var. Nəzərə alsaq ki, 18 yaşı tamam olmayan şəxslər də ali təhsil müəssisələrində təhsil alırlar, onların tədris prosesində iştirakı müəyyən qədər çətinlik yaradacaq. Hesab edirəm ki, yuxarı kursların günün ikinci, kiçik kursların isə birinci yarısında dərsə gəlməsi təşkil edilə bilər.

Digər tərəfdən isə əsas ixtisas fənləri ənənəvi qaydada, ixtisas üzrə ikinci dərəcəli əlavə fənlər isə onlayn qaydada keçirilə bilər ki, bu da tədris prosesinin ənənəvi təşkilinə imkan verəcək.

Hesab edirəm ki, xüsusən tibb və mühəndislik kimi ixtisaslarda tədrisin onlayn qaydada həyata keçirilməsi effektiv deyil. Ona görə də biz mütləq şəkildə bütün tələbələri ənənəvi qaydada tədrisdə iştirakı üçün vaksinasiyaya cəlb etməliyik.

Ümumilikdə, təhsil sisteminin elektronlaşması istiqamətində böyük addımlar atılıb. Kifayət qədər yeniliklər təhsilin təşkilindəki müddət tələbə sayı ilə bağlı olacaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR