Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Şəhid ailəsi niyə şəraitsiz evdə yaşayır? - Fotolar

Şəhid ailəsi niyə şəraitsiz evdə yaşayır? - Fotolar

Tarix: 2-09-2021, 13:26

Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi İbrahimli Qəşəm Süleyman oğlunun ailəsinin yaşadığı evin görüntüləri yayılıb. Ağdamın Xındırıstan kəndində yerləşən və cəmi bir otaqdan ibarət olan evdə yaşamaq üçün şəraitin olmadığı bildirilir.

Bununla bağlı paylaşım edən QHT rəhbəri Hafiz Həsənovun sözlərinə görə, birotaqlı evin döşəməsi də torpaqdandır: “Zirzəminin bir hissəsində ailəsi yeganə oğul övladı olan şəhid Qəşəm İbrahimlinin döyüş şəkillərindən ibarət guşə yaradıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı şəhidin dəfnində və yas mərasimlərində iştirak edərkən şəhid ailəsinin yaşadığı bu acınacaqlı vəziyyəti görüb. Lakin indiyədək şəhid ailəsinin normal yaşayış evi ilə təmin edilməsi haqda tədbir görməyib”.

Şəhid ailəsi niyə şəraitsiz evdə yaşayır? - Fotolar

“Qafqazinfo” yayılan görüntülərlə bağlı Ağdam Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili Şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Xaliq Hüseynovla əlaqə saxlayıb. O, ailənin probleminin İcra Hakimiyyətinin nəzarətində olduğunu və qısa zaman ərzində onlara ev inşa ediləcəyini bildirib: “Şəhid Qəşəm İbrahimlinin ailəsi Ağdamın Əlimədətli kəndindən məcburi köçkün düşərək Xındırıstanda məskunlaşıb. İcra başçısı dəfələrlə onlara baş çəkib, ailənin problemləri ilə maraqlanıb. Ailəyə Quzanlıda ev təklif edilsə də, hazırda yaşadıqları ərazidə heyvandarlıqla məşğul olduqlarına görə imtina ediblər.

Şəhid ailəsi üçün elə yaşadığı evin həyətində yeni ev tikintisi ilə bağlı qərar verilib. Hazırda tikinti briqadalarımız bir neçə şəhid ailəsinin evində təmir işləri aparır. Təmir bitən kimi, qısa zaman ərzində şəhid Qəşəm İbrahimlinin ailəsi üçün ev inşa olunacaq”.

Qeyd edək ki, Qəşəm İbrahimli 20 dekabr 1995-ci ildə Ağdam rayonu Xındırıstan kəndində anadan olub. 9 oktyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin azad olunması zamanı qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi xidmətlərə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR