Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Generalın oğlu polis şöbəsinə çağırıldı

Generalın oğlu polis şöbəsinə çağırıldı

Tarix: 2-09-2021, 14:06


Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlunun ona məhkəmə prosesində hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib.

Sfera.az bildirir ki, bu barədə vəkilin özü sosial şəbəkədə paylaşım edib.

"Bu gün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində izahat verdim. Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar, heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və məsuliyyətə cəlb edilərək cəzalandırılacaq”, - E.Sadıqov bildirib.

Qeyd edək ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə iclası zamanı R.Əkbərovun oğlu E.Sadıqova hücum edib. Bu barədə vəkilin özü sosial şəbəkədə daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edərkən bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR