Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Aydın İbrahimov koronavirusdan dünyasını dəyişdi

Aydın İbrahimov koronavirusdan dünyasını dəyişdi

Tarix: 3-09-2021, 09:30


"Neftçi" futbol klubunun ilk prezidenti Aydın İbrahimov vəfat edib.

Bu barədə onun nəvəsi Nərminə Məmmədova məlumat yayıb.

Məlumata görə, Aydın İbrahimov koronavirusdan müalicə aldığı "Yeni Klinika"da dünyasını dəyişib.

“Biz ailəliklə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya çempionumuza göstərdikləri diqqətə görə təşəkkür edirik. Siz bizimlə oldunuz və bu xəstəliyin öhdəsindən gələ bilməsi üçün hər şeyi etdiniz”, - deyə N. Məmmədova paylaşımında yazıb.

Qeyd edək ki, Aydın İbrahimov 1988-1997-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubuna rəhbərlik edib. O, sərbəst güləş üzrə dünya, Avropa, SSRİ çempionu, Olimpiya oyunlarının mükafatçısı, SSRİ idman ustası və SSRİ-nin əməkdar məşqçisi olub, prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR