Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Barəsində cinayət işi açılan bələdiyyə sədrindən XƏBƏR VAR

Barəsində cinayət işi açılan bələdiyyə sədrindən XƏBƏR VAR

Tarix: 3-09-2021, 12:26

Xəbər verildiyi kimi, Ağstafa rayonu, Tatlı kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılmışdır.

Ağstafa Rayon Prokurorluğundan  verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Tatlı bələdiyyəsinin sabiq sədri Qənbər İsmayılov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz vəzifə səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə ayrı-ayrı şəxslərə hər biri 0,12 ha olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirmişdir.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR