Son Xəbər: Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb,

Armen Qriqoryanın Azərbaycanla bağlı son açıqlaması nəyə hesablanıb? - ŞƏRH

Armen Qriqoryanın Azərbaycanla bağlı son açıqlaması nəyə hesablanıb? - ŞƏRH

Tarix: 4-09-2021, 13:46


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın demarkasiya və delimitasiya işləri ilə bağlı müsbət reaksiya verməsini gözlədiyini bildirib. A.Qriqoryan hazırda bu istiqamətdə heç bir işin görülmədiyini diqqətə çatdırıb.  

Maraqlıdır, delimitasiya və demarkasiya işlərinin tamamlanmasında Ermənistan həqiqətən də maraqlıdırmı? 

Məsələ ilə bağlı danışan deputat Müşfiq Cəfərli delimitasiya və demarkasiya məsələlərinin həlli ilə regionun kənar təsirdən azad ola biləcəyini deyib:

"İkinci Qarabağ müharibəsi yeni reallıqlar yaratdı. Artıq regionun inkişafı naminə sülh müqaviləsi imzalanmalıdır. Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir. Xalqın psixoloji vəziyyəti, müharibədəki itkilərini nəzərə alan hakimiyyət sülh müqaviləsi barədə düşünmür. Ancaq Ermənistanda hakimiyyətdə olan yetəri qədər siyasətçi var ki, onlar yaxşı bilirlər ki, inkişafın, iqtisadi artımın olması üçün siyasi sabitlik vacibdir.  Bu gün Ermənistandakı revanşist qüvvələr xalqı daha çətin vəziyyətə salmaq istəyir. Lakin bütün siyasətçilər yaxşı dərk edir ki, ən yaxşı yol sülh müqaviləsidir. Biz isə sülh istəyirik, əməkdaşlıq istəyirik, sərhədlərin toxunulmazlığını, qarşılıqlı ərazi bütövlüyünün tanınmasını istəyirik. Sülh quruculuğu region üçün olduqca vacibdir, önəmlidir, həm Ermənistan, həm də Azərbaycan üçün inkişaf və rifaha gedən yoldur. Sülh quruculuğu həm də kənar dövlətlərin regiona təsirlərinin azadılması mexanizmidir". 

Deputat Ermənistan tərəfinin delimitasiyanı müvəqqəti hesab etdiyini qeyd edib:

"Ermənistan mövcud delimitasiyanı müvəqqəti hesab edir. Rəsmi Yerevan təkidlə bildirir ki, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi prosesi yalnız diplomatik münasibətlər qurulduqdan və xüsusi komissiya yaradıldıqdan sonra başlaya bilər. Bunun özü birbaşa xalqı aldatmaqdır. Lakin Ermənistan bilməlidir ki, sərhədlərinin qorunması prinsipi beynəlxalq hüququn tərkib hissəsidir".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR