Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Prezidentin Sumqayıt şəhərinə səfərinin əhəmiyyəti – ŞƏRH

Prezidentin Sumqayıt şəhərinə səfərinin əhəmiyyəti – ŞƏRH

Tarix: 4-09-2021, 17:22


Sentyabrın 3-də Prezident İlham Əliyevin Sumqayıta səfəri ilə yadda qaldı.

İlham Əliyev bundan əvvəl – 2021-ci ilin yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlini qoymuşdu, eyni zamanda “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışını etmişdi.

Sumqayıt şəhərinin timsalında Azərbaycan regionlarının inkişafı üçün işlər, sənayeləşmə strategiyası davam etdirilir.

Dövlət başçısı sentyabrın 3-də Sumqayıta səfəri zamanı da bir neçə açılış etdi: Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışı, Sumqayıt Məhkəmə Kompleksinin açılışı, “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışı.

Bununla yanaşı Prezident Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış oldu, güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlini qoydu.

“Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında

Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Dünyada pandemiya və iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülür. İqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır. Sumqayıt Kimya Sənaye Parkında yaradılan “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti də bu müəssisələrdən biridir. Müəssisə Parkda fəaliyyətə başlayan 17-ci rezidentdir. “Azmonbat”da istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. 100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək.

Müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir ki, ondan da 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. İstehsal prosesi ətraf mühitə zərər vurmadan, ekoloji standartlara tam cavab verir. İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir.

“Azmonbat” MMC sənaye parkında tətbiq edilən vergi və gömrük güzəştlərindən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib.

“Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyası

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin 1,7 metrə qədər aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyasının soyutma suyunun götürülməsində ciddi problem yaratmaqla yanaşı, stansiyanın avadanlıqlarının da tədricən sıradan çıxmasına səbəb olmuşdu. Yaranmış vəziyyətlə, xüsusilə dənizdə su səviyyəsinin düşməsi ilə əlaqədar il ərzində bir neçə dəfə qəza açılmaları baş vermişdi.

Reabilitasiya Proqramı çərçivəsində “Sumqayıt” Elektrik Stansiyasında əsas avadanlıqlar, generatorlar və digər qurğular əsaslı təmir olunub. Bununla yanaşı, stansiyanın mövcud su nasos stansiyası da əsaslı şəkildə yenidən qurulub. Aparılan yenidənqurma və əsaslı təmir işləri stansiyanın etibarlı və səmərəli fəaliyyətinə müsbət təsir göstərib. Belə ki, elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın həcminin azalması nəticəsində ildə 10 min ton yanacağa qənaət ediləcək. Stansiyanın əsaslı təmirdən sonra yük artımı 20 meqavat olub.

Qeyd edək ki, Xəzər dənizində suyun səviyyəsinin düşmə prosesinin hələ də davam etməsi və stansiyanın avadanlıqlarının uzunmüddətli istismarı nəzərə alınmaqla, dayanıqlı və etibarlı iş rejiminə nail olmaq məqsədilə təxirəsalınmaz irimiqyaslı işlərə başlanılıb. Belə ki, dənizin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakada, həmçinin yeni su nasos stansiyası tikilib. Bununla da stansiyanın soyuducu su təchizatının etibarlılığı təmin edilib və ən əsası stansiyanın fəaliyyətinin dayanmasının qarşısı alınıb. Yeni estakada üzərində tikilən və elektrik stansiyasını xüsusi üsulla soyuq su ilə təmin edən yeni nasosxana istilik energetikası sahəsində ilk təcrübə sayılır.

Sumqayıtın mühüm sənaye mərkəzinə çevrilməsi istiqamətində planlı, düşünülmüş addımlar atılır.

Dünyada pandemiyanın tüğyan etməsinə və bunun iqtisadiyyatlara ağır zərbə vurduğu bir zamanda Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlaya bilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR