Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

"Həkimlər sehirbaz deyil ki, çubuğunu işə salsın..." - İnfeksionist

"Həkimlər sehirbaz deyil ki, çubuğunu işə salsın..." - İnfeksionist

Tarix: 6-09-2021, 15:10


"Yoluxma hallarının artması delta ştamı ilə bağlıdır. Bu ştamda yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən orta hesabla 30-50 faiz çoxdur. Delta variantında yoluxuculuq yüksəkdirsə, deməli ölüm halları da yüksəkdir. Sadə təhlil apararaq görərik ki, COVID-19 infesiyasında ölüm halları 4-5 faiz hallarda olurdusa, delta ştamında bu, 10-12 faiz arasında dəyişir. Yəni ötən ilki rəqəmləri bu illə müqayisə edəndə görürük ki, ölüm halları təxminən 2 dəfə artıb".

Bunu “Report”a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, hələ də virusu ciddiyə almayan insanlar var:
“Yayda karantin qaydaları yumşaldılandan sonra insanlar COVID-19-un varlığını unutdular. Qapalı yerlərdə maskasız, toylarda 50 nəfərlik adı ilə 200-300 nəfər iştirak halları yoluxmaları artırdı. İndi bir az COVID pasportuna görə vaksin olunanların sayında artım var. Hesab edirəm ki, hələ 20 gün,1 ay müddətinə yoluxma yüksək göstəricilərlə davam edəcək. Ondan sonra nisbətən səngiməsi müşahidə ediləcək. Buna görə insanlar vaksinasiya olunmalıdırlar, çünki xəstəliyin qarşısının alınamasında vaksinasiya birinci yerdə dayanır”.

İnfeksionist qeyd edib ki, bəzi insanlar temperaturu olduğu halda əhəmiyyət vermir:

“Soyuq olduğunu, guya kondisionerdə yatdıqlarını bəhanələr gətiririlər. Evdə düzgün müalicə almırlar, gecikdirirlər. Xəstəliyin ikinci həftəsindən artıq ağırlaşmalar başlayır. O zaman düşür xəstəxanaya. Bilirik ki, bu virusun konkret dərmanı yoxdur. Olsaydı, xəstəxanalarda bu qədər insanlar ölməzdi. Xəstəxanada da həkimlər sehirbaz deyil ki, çubuğunu işə salıb, ağır xəstələri vəziyyətdən çıxarsın. Ağır xəstələrin vəziyyətdən çıxması sadəcə bir şans məsələsidir. Xəstəxanalarda rəsmi olar gündəlik 40-45 nəfər ölür, qeyri rəsmi rəqəmlər bəlkə də iki dəfə artıqdır”.

V.Cavadzadə insanlara çağırış edib:

“Öz həyatlarına laqeyd yanaşmasınlar, evdə tibb bacılarının özbaşına yazdıqları dərmanları qəbul etməsinlər. Onlar elə dərmanlar yazırlar ki, o dərman virusun müalicəsinə əks göstərişdir. Çoxu sistemlər məsləhət görürlər, çünki öz maraqlarını güdürlər. Sistemin birini 30-50 manata vururlar. Gəlir çox əldə etmək üçün çoxlu sistemlər yazırlar. Bu da xəstələri pis günə qoyur. İnsanlar axtarıb mütəxəssis, həkim infeksionistlərlə məsləhətləşsinlər. Ölkədə kifayət qədər infeksionist var”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR