Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Azərbaycan sülhməramlıların mandatına dair sənədi imzalayacaq? - GƏLİŞMƏ

Azərbaycan sülhməramlıların mandatına dair sənədi imzalayacaq? - GƏLİŞMƏ

Tarix: 7-09-2021, 08:45


Rusiyanın Qarabağdakı sülhməramlıların mandatına dair Azərbaycanla razılaşma imzalamaq niyyəti nəhayət, təsdiqlənib. Prezident İlham Əliyevin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyev BBC-yə deyib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər barədə müzakirələr hələ davam edir.

Xatırladaq ki, hazırda Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən həyata keçirilir.

H.Hacıyevin sözlərinə görə, 10 noyabr razılaşması sülhməramlı qüvvələr üçün siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni müəyyən edib. “Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir. Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr Bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər”, – deyə prezidentin köməkçisi bildirib.

Qeyd edək ki, ekspertlər son vaxtlar Rusiyadan Azərbaycana qarşı ardıcıl təzyiqlərin məhz bu məsələ ilə bağlı olduğunu bildirirdilər. Rusiya Müdafiə Nazirliyi Qarabağdakı qanunsuz silahlı dəstələri “Dağlıq Qarabağın silahlı birləşmələri“, ərazini isə “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməyə başlayıb. Avqustun 13-də isə Rusiyanın satınalmalar sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) sülhməramlıların təminatı ilə əlaqədar tender elanı məlumatında “Dağlıq Qarabağ Respublikası” ifadəsi yazılıb. Həmin tarixdə adıçəkilən saytda Rusiya ordusu üçün 4 fərqli ərazidə xidmətlərin göstərilməsi üçün 4 elan verilib:

– “Abxaziya Respublikası”

– “Cənubi Osetiya Respublikası”

– “Dnestryanı Moldova Respublikası”

– “Dağlıq Qarabağ Respublikası”.

Beləliklə, Moskva Azərbaycan ərazilərini postsovet məkanında yaratdığı qondarma dövlətciklərlə bir sırada təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı etrazına cavab olaraq Rusiya tərəfi texniki səhvə yol verildiyini bildirsə də, bu günə qədər də həmin ifadəyə düzəliş edilməyib. Şübhəsiz ki, burada hər hansı texniki səhvdən söhbət getmir, məqsəd Azərbaycana təzyiq göstərib, sülhməramlılara legitimlik qazandıracaq sənədin imzalanmasına nail olmaqdır.

Xatırladaq ki, bu barədə ilk dəfə bu il yanvarın 8-də Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan məlumat açıqlayıb. O qeyd edib ki, 10 noyabrda məlum üçtərəfli Bəyanatla bərabər, həm də sülhməramlıların mandatına dair sənəd masada olub və Rusiya ilə Ermənistan onu imzalasa da, Azərbaycan imtina edərək 3 şərt irəli sürüb:

– Qarabağda heç bir erməni silahlı dəstələri olmamalıdır;

– Ermənistan rəsmilərinin Qarabağa səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır;

– Qarabağın özünüidarəetmə orqanları Bakı və sülhməramlıların razılığı ilə təyin olunmalıdır.

Hikmət Hacıyevin açıqlamasından belə nəticə çıxarmaq olar ki, rəsmi Bakı 10 noyabr Bəyanatını sülhməramlıların fəaliyyəti üçün hələ ki yetərli hesab edir.

Təhlükəsizilik məsələləri üzrə ekspert İlham İsmayıl “Press Klub”a bildirdi ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı Azərbaycanın əlavə hüquqi sənəd imzalaması ərazimizdə müvəqqəti yerləşmiş bu hərbi qüvvənin torpaqlarımızda qalmasının ömrünü uzada bilər:

“İndiki halda mandat üçün əlavə hüquqi mexanizmlər yaratmağa ehtiyac yoxdur. Rusiya sülhməramlılarının hazırkı statusu 10 noyabr Bəyanatı ilə uzlaşdırılır və tərəflər indiyədək hüquqi aspektdə hansısa bir böhran yaşamayıb. Mandatın verilməsi tələbi ilə yalnız Ermənistan çıxış edir, ona görə də Azərbaycan tərəf Bəyanatdan irəli gələn bütün müddəaların – Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, qaçqınların yerləşdirilməsi və Qarabağdaxili yolların tam açılıb, maneələrin aradan qaldırılması – həyata keçirilməsini tələb etməli və reallaşdırdıqdan sonra sülhməramlıların mandatını deyil, onların ölkəni tərk etməsi məsələsini müzakirə etməlidir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR