Son Xəbər: Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb,

Alim Qasımovun kürəkəni həbs edildi - 9 illik

Alim Qasımovun kürəkəni həbs edildi - 9 illik

Tarix: 7-09-2021, 13:21

Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmdən əvvəl qeyd edilib ki, Elnur Mövlamov zərərçəkmişlərdən Rəşadət Fərzəliyevə dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq olub. Daha sonra dövlət ittihamçısı çıxış edərək, Elnur Mövlamova 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Elnur Mövlamov isə Rəşadət Fərzəliyevlə barışdığı halda ona 180.2.4 maddəsi ilə ittiham elan olunmasını düzgün saymayıb. O, yalnız 178.3.2 maddəsi ilə özünü qismən təqsirli bilib. Digər zərərçəkmiş, Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə yollanıb. Müşavirədən sonra hökm elan olunub. Elnur Mövlamov ittiham olunduğu hər iki maddə üzrə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, Tamilla Aslanovaya dəymiş 51 620 manat ziyanla bağlı mülki iddia təmin edilsin.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR