Son Xəbər: Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb,

Ramiz Mehdiyevin mühasibi qəzada öldü

Ramiz Mehdiyevin mühasibi qəzada öldü

Tarix: 7-09-2021, 19:03


Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin mühasibi avtoqəzada dünyasını dəyişib.

Mediabiz.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Şabran rayonu, Leyti kəndi ərazisində baş verib. Mühasib Mənsim Məmmədovun idarə etdiyi avtomobil kənd ərazisindən keçən kanalın içinə düşüb.

Məlumata görə mühasib uzun illər Ramiz Mehdiyevin sahibliyində olan və kürəkəni İlham Əliyevin idarə etdiyi MMC-də çalışıb. Qeyd edək ki, İlham Əliyevə məxsus olan “Turaz” və “Dostluq” MMC-lər Şabran və ətraf rayonlarda xeyli torpaq sahəsi ələ keçirib. Ramiz Mehdiyev vəzifədən qovulduqdan və kürəkəni mandatdan məhrum edildikdən sonra torpaq sahibləri hərəkətə keçiblər.

Şabran Rayon Məhkəməsinə verilən iddialara baxılıb və İlham Əliyevin illər əvvəl əl qoyduğu 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR