Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Ramiz Mehdiyevin mühasibi qəzada öldü

Ramiz Mehdiyevin mühasibi qəzada öldü

Tarix: 7-09-2021, 21:32


Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin mühasibi avtoqəzada dünyasını dəyişib.

Mediabiz.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Şabran rayonu, Leyti kəndi ərazisində baş verib. Mühasib Mənsim Məmmədovun idarə etdiyi avtomobil kənd ərazisindən keçən kanalın içinə düşüb.

Məlumata görə mühasib uzun illər Ramiz Mehdiyevin sahibliyində olan və kürəkəni İlham Əliyevin idarə etdiyi MMC-də çalışıb. Qeyd edək ki, İlham Əliyevə məxsus olan “Turaz” və “Dostluq” MMC-lər Şabran və ətraf rayonlarda xeyli torpaq sahəsi ələ keçirib. Ramiz Mehdiyev vəzifədən qovulduqdan və kürəkəni mandatdan məhrum edildikdən sonra torpaq sahibləri hərəkətə keçiblər.

Şabran Rayon Məhkəməsinə verilən iddialara baxılıb və İlham Əliyevin illər əvvəl əl qoyduğu 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR