Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Rusiya Azərbaycanın şərtlərini qəbul etmir - NƏ ETMƏLİ?

Rusiya Azərbaycanın şərtlərini qəbul etmir - NƏ ETMƏLİ?

Tarix: 8-09-2021, 08:21

Azərbaycan Prezidenti yanında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Qarabağdakı sülhməramlıların mandatına dair müzakirələrin bəzi detallarını açıqlayıb. O, “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, Azərbaycanın bu barədə mövqeyi tamamilə beynəlxalq hüquqa, eyni zamanda 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərə əsaslanır: “Burada söhbət Laçın dəhlizi və beynəlxalq təşkilatın Azərbayacanın suveren ərazilərində fəaliyyətindən və bir sıra başqa məsələlərdən gedir. Məndə olan məlumata əsasən deyə bilərəm ki, Rusiya bu təklifləri qəbul eləmir. Hər iki ölkə müəyyən bir ortaq mövqeyə gəlməyə çalışır. Təəssüflər olsun ki, hələ bir nəticəyə müvəffəq olmamışıq…”

F. Şəfiyev detalları konkretləşdirmədən deyib ki, bu məsələlər danışıqlar mərhələsində olduğuna görə onların açıqlanması doğru deyil.

Rusiya və Azərbaycan arasında sülhməramlıların mandatına dair müzakirələrin getdiyini bir neçə gün əvvəl prezidentin köməkçisi Hikmət Hacıyev də təsdiqləyib. Buna qədər nə Azərbaycan, nə də Rusiya rəsmiləri bu barədə hər hansı açıqlama verməmişdi. Amma mediada bu barədə informasiyalar və təhlillər dərc edilirdi, Moskva-Bakı xəttində müşahidə olunan gərginliyin də məhz bu məsələ ilə bağlılığı ehtimal olunurdu.

Hikmət Hacıyev tərəflərin şərtləri və mövqeləri barədə hər hansı fikir səsləndirməyib. Amma Fərid Şəfiyev iki vacib məsələyə aydınlıq gətirib:

Rusiya və Azərbaycan arasında danışıqlar getsə də, ziddiyyətlər var və nəticə yoxdur;
Moskva Azərbaycanın Laçın dəhlizinə nəzarət və beynəlxalq təşkilatın Azərbaycanın suveren ərazilərində fəaliyyəti ilə bağlı şərtini qəbul etmir.
Qeyd edək ki, üçtərəfli Bəyanatın 7-ci maddəsində yazılıb:

“Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar”.

Atəşkəsdən keçən 10 ay ərzində tərəflər Bəyanatın bu maddəsinin icrası ilə bağlı ciddi müzakirə aparmayıblar. Rəsmi Bakı Minsk Qrupuna razılaşmanın həmin maddəsini xatırladıb. Amma bu istiqamətdə müzakirələrin aparıldığı məlum deyil, həmsədrlər tərəfindən verilən bəyanatlarda da qaçqınların qaytarılması məsələsinə toxunulmayıb. F. Şəfiyevin açıqladığı informasiyadan belə nəticə çıxarmaq olar ki, Rusiya bu məsələnin gündəmə gəlməsində maraqlı deyil. Bu səbəbdən Bakının müvafiq şərtini qəbul etmək istəmir. Bu, açıq-aşkar 10 noyabr razılaşmasının Moskva tərəfindən pozulduğunu göstərir.

Rusiya Azərbaycanın Laçın dəhlizinə nəzarət tələbini də qəbul etmir. Ötən müddətdə Rusiya Azərbaycanın mövqeyini nəzərə almadan, onun hər hansı nəzarətini təmin etmədən Laçın dəhlzində öz rejimini yaradıb. Həm Qarabağdakı erməni silahlı birləşmələrinin silah-sursat, ərzaq təminatı bu yol vasitəsilə həyata keçirilir, həm də Bakının razılığı olmadan Ermənistan rəsmilərinin, Qarabağdakı separatçı cinayətkarların gediş-gəlişinə şərait yaradılır.

Sənəddə qeyd olunan, Xankəndi ilə Ermənistan arasında yeni yolun çəkilməsi istiqamətində də hələ ki addım atılmayıb. Azərbaycan bu yolu inşa etməyə hazır olduğunu bildirib və bu məqsədlə hazırlıq, planlaşdırma işlərinə də start verib. Məlumdur ki, Azərbaycanın sülhməramlıların mandatı haqqında Rusiya ilə apardığı müzakirələrdə başqa şərtləri də var. Bunlar Qarabağdakı erməni silahlılarının çıxarılması, Ermənistan rəsmilərinin Qarabağa səfərlərinin Bakı ilə razılaşdırılması və Qarabağın yerli idarəçilərinin Azərbaycan və sülhməramlıların birgə razılığı ilə təyin olunmasını ehtiva edir.

Fərid Şəfiyevin dediklərindən belə məlum olur ki, Rusiya heç 10 noyabr Bəyanatında əksini tapan bəzi öhdəliklərin icrasına hazır deyil. O zaman Bakının digər tələblərini ümumiyyətlə, yaxına buraxmaz. Son zamanlar Qarabağla bağlı Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti və rəsmi açıqlamaları da bundan xəbər verir. Moskva “Dağlıq Qarabağın silahlı birləşmələri”, “Dağlıq Qarabağ Respublikası” kimi provokativ formullardan istifadə etməyə başlayıb. Bu da onu göstərir ki, Kreml Bakı ilə danışıqlar aparmaqla paralel, Azərbaycana təzyiq yolunu da seçib. Görünür, Bakı bu təzyiqlərin qarşısında geri çəkilmək niyyətində deyil, müzakirələrdə ortaya çıxan ziddiyyətlərin ictimailəşdirilməsi də bundan xəbər verir…




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR