Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün TƏFƏRRÜATLARI

Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün TƏFƏRRÜATLARI

Tarix: 8-09-2021, 09:46

Ötən gün Ağdaşda 2 yeniyetmə qızın su kanalında boğularaq ölməsi müzakirələrə səbəb olub. Yaxınları onların intihar etməsinə inanmır.

Mediabiz.az Xəzər TV-yə istinadən xəbər verir ki, Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında 15 yaşlı Niftəliyeva Arifə Ceyhun qızı və 13 yaşlı Usubova Fatimə Ədalət qızı boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində Arifə və Fatimənin meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Yeniyetmələrin intihar edib etməməsini onların yaxınları da bilmir.Fatimənin dayısı Vüsal Zeynalov deyir ki, bacısı qızı hətta məktəbə hazırlıq işlərini də görüb.

Baş Prokurorluqdan isə bildirilib ki, sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhərinin İstiqlal küçəsindən keçən Ləki kanalında 2 nəfərin meyitinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.Faktla bağlı rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR