Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Eldar Həsənov şüşə qəfəsdən çıxarıldı

Eldar Həsənov şüşə qəfəsdən çıxarıldı

Tarix: 9-09-2021, 13:16


Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda ötən prosesdə təqsirləndirilən şəxs Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq, məhkəmə zalında əyləşməsi ilə bağlı vəkillər tərəfindən qaldırılan vəsatəti məhkəmə təmin edib.

Vəkil Cavad Cavadov təqsirləndirilən şəxsin səhhətində yaranmış problemlərlə bağlı həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət verib. Daha sonra Eldar Həsənov məhkəməyə səhhətinin kəskin pisləşməsini bildirib. Bundan sonra Eldar Həsənov məhkəmənin jurnalistlərə qapalı keçirilməsi barədə vəsatət verib.

Vəsatətlər məhkəmə tərəfindən təmin edilməyib.

Daha sonra dövlət ittihamçısı Anar Nəsibov ittiham aktını oxuyub.

Proses davam edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR