Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Ləkələnməmiş istefa verdim - Ramin Bayramlı

Ləkələnməmiş istefa verdim - Ramin Bayramlı

Tarix: 13-09-2021, 21:07


TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun istefa verməsinə münasibət bildirib.

B. Bayramlı qaynarinfo-ya müsahibəsində oğlu ilə olan söhbəti də xatırladıb: "Dedim, nəyə görə istefa verdin? Dedi, "Ay ata, vallah nə deyim. Gördüm həqiqətən ətrafda narazılıqlar çoxdur. Buna görə istefa verdim ki, yuxarıdan bunu görsünlər. Mən bu vəzifəyə layiqəm, ya yox. Sonra ləkələnməmiş bu istefanı qərarlaşdırdım. Qoy ləkəsiz işdən çıxım.

Gəlib, Raminin təzə tikdiyi evlə bağlı çəkiliş ediblər. Hardasa 10 il bundan əvvəl oğlum öz zəhmət ilə 4 sot torpaq almışdı. İndi istəyirdik ki, özünə yurd yeri düzəltsin. Çünki Ramin hələ də mənim həyətimdə yaşayır. Yaşadığı mənzili də vaxtı ilə öz zəhmətimlə düzəltmişdim. İndi də deyirdik ki, artıq özünə ayrı bir şərait düzəldib, yaşasın".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR