Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanlı futbolçular Türkiyədə oynanılmaq adı ilə aldadılır - SAXTA SƏNƏDLƏR

Azərbaycanlı futbolçular Türkiyədə oynanılmaq adı ilə aldadılır - SAXTA SƏNƏDLƏR

Tarix: 15-01-2020, 13:26

Azərbaycanlı futbolçular saxta menecerlər tərəfindən aldadılıb.

Mediabiz.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Agent Harper” adlı menecer şirkəti “Instagram” vasitəsilə futbolçuların özləri ilə əlaqə saxlayaraq, onlara Türkiyədə oynaması vədi verirlər.
Həmin fırıldaqçılar FIFA lisenziyasına malik olmalarına dair saxta sənəd təqdim edirlər və bununla da özlərində inam formalaşdırırlar. Şirkətin ABŞ-da yerləşdiyi, menecerin adının isə Yensen Onil Antoni olduğu bildirilir.
Bu, Azərbaycandan başqa, daha çox Özbəkistan, Tacikistan kimi Mərkəzi Asiya ölkələrindən olan futbolçuların başlarına gətirilir. Çünki bu ölkələrdə Türkiyədə futbol oynamaq istəyi daha çoxdur. Əldə olunan son saxta sənəddə Türkiyə Super Liqası klubu “Başakşəhər”in prezidenti Göksəl Gümüşdağın adından məktub da görünür. Həmin saxta məktubda guya klub prezidentinin bu şirkətə güvəndiyi və onlardan komandaya futbolçu gətirmək istəyi ifadə olunur.
Futbolçu və ya onun ailəsi buna inandıqdan sonra klubla müqavilənin azı 70 min avro dəyərində olduğu bildirilir. İlkin olaraq isə futbolçu və ya ailəsindən ən az 750 avro ödəmək tələb olunur. Bu tələyə düşənlər isə həmin pulla fırıldaqçıların ciblərini doldurur.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR