Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Putindən gözlənilməz açıqlama: Bəzi səlahiyyətlərindən imtina edir

Putindən gözlənilməz açıqlama: Bəzi səlahiyyətlərindən imtina edir

Tarix: 15-01-2020, 14:07


Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə çıxış edərkən Dövlət Dumasına Rusiyanın Baş nazirinin namizədliyini təsdiqləmək hüququnun verilməsini təklif edib.

Bu barədə "Rossiya 24" telekanalı xəbər yayıb.

Putin, həmçinin, parlamentin hökumət başçısının təklifi ilə bütün baş nazir müavinlərini və federal nazirləri təsdiqləməsini təklif edib.


Rusiya prezidentinin sözlərinə görə, bununla hökumətin tərkibini təsdiqləyən RF prezidenti parlamentlə razılaşdırılmış namizədləri təsdiqləməli olacaq. Putin vurğulayıb ki, prezidentin  bu namizədləri rədd etmək hüququ olmayacaq.

Bununla yanaşı, Putin bəyan edib ki, prezidentin etimadını itirən və ya vəzifələrini lazımınca yerinə yetirməyən baş nazir, müavinləri və digər nazirləri vəzifəsindən kənarlaşdırmaq hüququ olmalıdır.

Rusiya prezidenti əlavə edib ki, prezident silahlı qüvvələrə və güc strukturlarına rəhbərlik etmək hüququnu özündə saxlamalıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR