Son Xəbər: Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq, "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB, Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək, Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ, Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək, Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib, İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib, İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb,

Prezidentə müraciət: “Dağılmış yolun yenidən qurulmasına kömək edin!”

Prezidentə müraciət: “Dağılmış yolun yenidən qurulmasına kömək edin!”

Tarix: 9-11-2019, 14:40

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini Prezident İlham Əliyevə və Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova müraciət edib.

Bizimyol.info xəbər verir ki, müraciətdə sakinlər Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə təşəkkür etməklə yanaşı ciddi bir problemin də həll edilməsi üçün kömək göstərməyi xahiş edirlər. “Cənab prezident, Bakı-Astara magistralı yenidən qurulandan sonra gediş-gəliş xeyli rahatlaşıb. Buna görə Sizə təşəkkür edirik. Amma hələ də bəzi problemlər qalmaqdadır. Biz yəqin bilirik ki, Sizin bundan xəbəriniz yoxdur. Məsələ burasındadır ki, Bakıdan Boradigah qəsəbəsi də daxil olmaqla 10-dan artıq kəndin sakinləri hələ də 200 kilometrlik rahat yoldan sonra mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək məcburiyyətindədirlər.
Masallida yol problemi
Səbəb odur ki, magistraldan Boradigah və 10-dan artıq kəndə gedən yol tamamilə dağılıb. Əvəzində əhali alternativ yollar olan Lürən- Musaküçə kəndinin ərazisindən və Masallı şəhərinin içindən istifadə etmək məcburiyyətində qalırlar.
Cənab prezident, Sizin bu günlərdə Saleh Məmmədova “dağılmış yollarla bağlı mənə həmən məlumat verin, aradan qaldıraq” göstərişiniz bizi daha da ümidləndirdi. Sizdən xahiş edirik, bizim yol problemimizlə bağlı operativ göstəriş verəsiniz.”
Sakinlər eyni zamanda Saleh Məmmədovdan da bu məsələni diqqətdə saxlamağı və problemlə bağlı Prezidenti məlumatlandırmağı xahiş ediblər.(azpost)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR