Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakıda beş yaşlı uşaq xəstəxanada öldü - Daha bir həkim səhlənkarlığı iddiası

Bakıda beş yaşlı uşaq xəstəxanada öldü - Daha bir həkim səhlənkarlığı iddiası

Tarix: 15-01-2020, 17:25

Bakıda A.F.Qarayev adına 2 saylı uşaq xəstəxanasında beş yaşlı Məmmədova Firuzə Ceyhun qızı vəfat edib. 

Redaksiyamıza gələn müraciətdə beş yaşlı qızın həkim səhlənkarlığından vəfat etdiyi iddia edilir.

Oxu.Az məsələ ilə bağlı A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxlayıb.

Xəstəxanın baş həkimi Azər Xudiyev bildirib ki, 2014-cü il təvəllüdlü Məmədova Firuzə Ceyhun qızı 13 yanvar 2020-ci ildə saat 03:43-də preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) xəstəxanaya gətirilib:

"Müayinə zamanı uşağa Plevropnevmoniya, İkincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diaqnozları müəyyən edilib. 

Reanimasiyada intensiv terapiya aparılıb. Ağciyərlər süni ventilyasiya aparatına qoşulub. Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, xəstə saat 13:35-də vəfat edib”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR