Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

Mənzil ala bilməyən şəhid ailələri və Qarabağ əlillərinə ŞAD XƏBƏR

Mənzil ala bilməyən şəhid ailələri və Qarabağ əlillərinə ŞAD XƏBƏR

Tarix: 17-01-2020, 10:32

2020-ci ildə Azərbaycan hökuməti tərəfindən sosial tədbirlər daha da gücləndiriləcək. 
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nın təsdiqlənməsi barədə sərəncamında bildirilib. 
2020-ci ilin mayınadək kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər təqdim olunmalıdır. 
İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Statistika Komitəsi bunu həyata keçirməlidir. 
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası 2020-ci ilin sonunadək qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirləri görməlidir. 
Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək sığorta fəaliyyəti, o cümlədən, daşınmaz əmlakın icbari sığortası barədə vətəndaşların maarifləndirilməsini həyata keçirməlidir. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi isə 2020-ci ilin sonunadək şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılması istiqamətində işlər görməlidir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR