Son Xəbər: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib,

65 yaşlı şəxsin pensiya ala bilməməsinə nazirlikdən cavab

65 yaşlı şəxsin pensiya ala bilməməsinə nazirlikdən cavab

Tarix: 17-01-2020, 16:07

65 yaşlı vətəndaş Canbaxışov Cavanşir Kamal oğlu ona pensiyanın təyin olunmamasından şikayətçidir.

Bu barədə Bizimyol.info-ya müraciət edən vətəndaş bildirib ki, yaşa görə pensiya hüququmdan istifadə edib pensiyaya çıxmaq istəyir.

"1971-ci ildən matros kimi əmək fəaliyyətinə başladığımdan və 2006-ci ilə qədər müxtəlif sahələrdə əmək fəaliyyətində ümumilikdə 26 il staj sahibiyəm. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzində Dövlət Sosial Müdafəsi Fondunun əməkdaşına etdiyim müraciətimə cavab olaraq kifayət qədər əmək fəaliyyətimin olmadığını dedilər.

Mənim 2006-cı ildən səhhətimdə yaranan problemlərlə bağlı əmək fəaliyyətini davam etdirə bilmədim. Məndən dövlət sosial sığorta şəhadətnaməsini tələb edirlər. Dedim yoxdur. Təqdim etdiyim əmək kitabçasını qəbul etmədilər. Dedilər ki, get işlədiyin bütün idarə və müəssisələrdən arayış gətirib təqdim et ki, sən həqiqətən əmək kitbaçasında qeyd edildiyi kimi həmin idarələrdə işləmisən. Doğrudur, bir neçə idarədən belə bir arayış ala bilsəm də əsas iş yerim olan "Azərbaycan Dəmir Yolları” QSC-dən belə arayışı alıb gətirə bilmədim. İdarədən dedilər ki, bütün sənədlər it bata düşüb. İndi bu qoca və xəstə vaxtımda mat-məhətəl qaldım. Axı mən əlimdəki əmək kitabçasını təqdim edirəm ki, ən azı 26-27 il əmək stajına malikəm. Mən möhürlü, imzalı əmək kitabçası təqdim etsəm də baxmaq istəmirlər”,-deyə C.Canbaxışov qeyd edib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə Bizimyol.info-nun ünvanladı sorğuya cavab olaraq bildirilib ki, 04.11.1954-cü il təvəllüdlü Canbaxışov Cavanşir Kamal oğlu 05.12.2019-cu il tarixdə 1 saylı Bakı "DOST” Mərkəzinə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət edib.

"Qeyd edirik ki, onun minimum 25 il iş stajı və minimum pensiya məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin etmək mümkün olmayıb.

Məlumat üçün bildiririk ki, vətəndaş tərəfindən şöbəyə təqdim olunmuş əmək kitabçasına əsasən iş stajının 7 il 6 ay 10 günü qeyri-dövlət müəssisələrini əhatə edir (”Qalam” Kooperativi (01.07.1993-31.08.1993), "DAM Ekspo” kiçik müəssisəsi (01.10.1993-31.10.1996), ”Avto LTD” firması (21.11.1996-01.12.1998), ”Mərd petrol” BM (01.12.1998-01.04.2001).

Belə ki, vətəndaşın qeyri-dövlət müəssisələrində işlədiyi dövrlərin düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Nəticə olaraq, vətəndaşa özəl müəssisələrdə işlədiyi dövrlər nəzərə alınmamaqla 25 ildən az iş stajı (18 il 2 ay) və fərdi hesabın sığorta hissəsində 2006-cı ildən sonra pensiya kapitalı olmadığı üçün mövcud qanunvericiliyə əsasən avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparmaq da mümkün deyildir”,-deyə nazirlikdən bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR