Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

“Neftçi”dən ayrılan futbolçu: Azərbaycan çempionatı legionerlərin hesabına keçirilir

“Neftçi”dən ayrılan futbolçu: Azərbaycan çempionatı legionerlərin hesabına keçirilir

Tarix: 17-01-2020, 21:03

“Neftçi” ilə yollarını ayırmış, hazırda Ukraynanın “Kolos” klubunda çıxış edən Kiril Petrov Ukrayna mətbuatına müsahibə verib. O, müsahibədə Azərbaycan, “Neftçi” haqqında da fikirlər səsləndirib.
- Kiril, “Kolos” ilə müqavilə bağlayıb, Ukraynaya qayıtdınız. Niyə Bakı “Neftçi”sindəki çıxışlarınızı bitirməyə qərar verdiniz?
- “Neftçi” ilə müqaviləm may ayına qədər hesablansa da, klubla razılaşmanı ləğv etmək qərarına gəldik. Bəzi nüanslar var idi, amma bir-birimizin əllərini sıxıb ayrıldıq. Mən  evə qayıtmaq istədim. “Kolos” ilə seçim ortaya çıxdıqda,  çox tez qərara gəldim. Ruslan Kostışin ilə telefonda danışdıq və mən bu komandanın təklifini qəbul etməyə razılaşdım.
- Azərbaycandakı çıxışlarınızla bağlı hansı xatirələriniz qalacaq?
- Müsbət. Çox gözəl insanlarla tanış oldum. Möhtəşəm ölkə, xeyirxah və yardımsevər insanlar. Orada hər şey super idi. Azərbaycanda futbol da yaxşı səviyyədədir, ilk yerlər uğrunda mübarizə aparırdıq. Bu mövsüm Avropa Liqasında oynadıq. Moldova komandasını, sonra Tula “Arsenal”ını keçdik və yalnız Malmö ilə oynayan israillilərə məğlub olduq. Beləliklə, bu səbətdə qrupa daxil olsaydıq, “Dinamo Kiyev” ilə eyni qrupda oynaya bilərdik.
- Azərbaycan çempionatının səviyyəsi yüksəkdir?
- Olduqca. Çempionat legionerlərin hesabına keçirilir. Əlbəttə ki, “Qarabağ” liderdir, amma qalanları da cəhd edir, mübarizə aparırlar. Azərbaycan komandalarında çox sayda texnikalı olan oyunçu var, top ilə necə işləməyi yaxşı bilirlər. Onların çempionat səviyyəsini bizimlə müqayisə etmək üçün əvvəlcə burada oynamalı, sonra nəticə çıxarmalısan. Necə olmasa, Ukraynanı tərk etməyimdən kifayət qədər vaxt keçib.
- Azərbaycandakı digər ukraynalılarla görüşdünüzmü?
- Biz tez-tez Saşa Rıbka ilə görüşürdük, çünki eyni şəhərdə yaşayırdıq, Kvaşuk Vitali də əvvəl burada oynayırdı. Əvvəl Qəbələdə də ukraynalılarımız var idi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR