Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Bu il bölgələrdə ictimai nəqliyyat vasitələri yenilənəcək - RƏSMİ

Bu il bölgələrdə ictimai nəqliyyat vasitələri yenilənəcək - RƏSMİ

Tarix: 18-01-2020, 13:33

"Bölgələrdə nəqliyyat vasitələrinin yenilənməsi daha sürətli şəkildə həyata keçiriləcək".

Bunu "Real TV”yə müsahibəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəis müavini İbrahim Əliyev bildirib.

O vurğulayıb ki, ötən illərdə sahibkarlar tərəfindən bəzi bölgələrdə avtobuslar yenilənib: "Ümumilikdə, məqsədimiz Azərbaycanın bütün bölgələrində əhaliyə göstərilən xidmətin keyfiyyətini qaldırmaqdır. Bölgələrdə 15-20 il istifadə edilən avtobuslar var və onların yenilənməsinə böyük ehtiyac var”.

İ.Əliyev qeyd edib ki, cari ildə həm bölgələrdə, həm də rayonlararası nəqliyyat vasitələrinin dəyişdirilməsi üçün çalışacağıq: "Eyni zamanda, şəhərlərarası daşımalarda yeni nəqliyyat vasitələrinin təmin edilməsini həyata keçirəcəyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR