Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Sabahın havası ilə bağlı xəbərdarlıq

Sabahın havası ilə bağlı xəbərdarlıq

Tarix: 18-01-2020, 13:58

Səhər bəzi yerlərdə zəif duman olacaq
 
Bazar gününə olan hava proqnozu açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, yanvarın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir.
 
Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
 
Havanın temperaturu Abşeronda gecə 2-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacaq. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR