Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Ceyhun Bayramov Rumıniyanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Rumıniyanın yeni səfiri ilə görüşdü

Tarix: 7-10-2021, 19:01


Bu gün xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Vasile Soareni qəbul edib.

XİN-dən  verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan və Rumıniya arasında mövcud olan sıx əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərini qeyd edən nazir, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi potensialını vurğulayıb və bu xüsusda birgə səylərə ehtiyac duyulduğunu qeyd edib.

Ökələrimiz arasında, həmçinin, beynəlxalq platformalarda əməkdaşlığın həyata keçirildiyini nazir məmnunluqla bildirib.

Daha sonra nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, münaqişənin həllindən sonra yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə mövcud olan mina təhlükəsindən bəhs edib.

İşğal faktorunun aradan qaldırılması ilə Ermənistan ilə münasibətlərin normallaşdırılmasının mümkün olduğu və bunun üçün ilk növbədə, üçtərəfli bəyanatların icrasına tam riayət olunması, kommunikasiyaların açılışı, habelə delimitasiya prosesinə başlanılmasının vacib olduğu vurğulanıb.

Səfir Vasile Soare iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə istinad edərək, bu münasibətləri həqiqi tərəfdaşlıq kimi dəyərləndirib. O, ikitərəfli münasibətlərin əsasında beynəlxalq hüququn ərazi bütövlüyünə hörmət prinsipinin dayandığını və bunun Rumıniyanın prinsipial mövqeyi olduğunu bildirib.

Səfir iki ölkə arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən siyasi dialoqun davam etdirilməsi, iqtisadi, energetika, bağlılıq, eləcə də mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsi perspektivlərindən bəhs edib.

Tərəflər bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini və bu xüsusda, mövcud imkanlardan tam istifadə olunması qətiyyətini ifadə ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR