Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Ruhani nazirini Zelenskinin yanına göndərdi

Ruhani nazirini Zelenskinin yanına göndərdi

Tarix: 20-01-2020, 16:03

İran Prezidenti Həsən Ruhani təyyarə qəzası ilə bağlı mesajını Ukrayna Prezidenti Vladimir Zelenskiyə çatdırması üçün nazirini Kiyevə yollayır.
“RİA Novosti”nin  məlumatına görə, bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bildirib.
“İranın Yol və Şəhər Tikintisi naziri Məhəmməd İslami Ukrayna Prezidenti Vladimir Zelenskiyə iranlı həmkarı Həsən Ruhaninin Ukrayna təyyarəsinin Tehranda qəzaya uğraması ilə bağlı mesajını çatdırmaq üçün Kiyevə yola düşəcək”, -  deyə Musəvi bildirib.
Xatırladaq ki, MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehranda qəzaya uğrayıb. Göyərtədə olan 176 nəfərin hamısı həlak olub. Sonradan məlum olub ki, təyyarə səhvən İranın RƏM sistemi tərəfindən vurulub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR