Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

İranla DAVAMIZ BİTDİMİ? - AKTUAL

İranla DAVAMIZ BİTDİMİ? - AKTUAL

Tarix: 22-10-2021, 09:46


İran yük maşınlarının Laçın dəhlizi və Qarabağa girişinə qadağa qoyub. Bu barədə “Mehr” agentliyi məlumat yayıb. İranın Yol və Nəqliyyat Təşkilatının yükdaşıma şirkətlərinə göndərdiyi bildirişdə vurğulanıb ki, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması və nəqliyyat şirkətləri tərəfindən yükdaşıma sənədlərinin hazırlanması qadağandır.

Paralel olaraq Azərbaycan tərəfi də humanizm, qarşılıqlı hörmət prinsiplərindən çıxış edərək Xankəndiyə qanunsuz yük daşıyan İran vətəndaşlarını - Bərzigar Hacı Cəfər Qəzənfər və Novruzi Şahrud Heydərini öz ölkələrinə qaytarıb. Adıçəkilən şəxslər qaçaqmalçılıq və dövlət sərhədini qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

Xatırladaq ki, iki ölkə arasında münasibətlərin gərginlik xətti üzrə irəliləməsi sentyabrın 12-dən, Azərbaycan Gorus-Qafan yolunda polis postu qoyaraq İrana məxsus yük maşınlarını yoxlamağa başlamasından sonra müşahidə olunub. Bundan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşsə də, bundan bir-iki gün sonra həmin yoldan istifadə edən iki iranlı sürücü "Azərbaycan ərazilərinə qanunsuz daxil olma" ittihamı ilə saxlanıb.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Şərq”ə bildirib ki, Azərbaycanla İran arasındakı gərginlik səngiməkdədir. Ekspertin sözlərinə görə, İran çox düzgün addım ataraq sürücülərin Azərbaycan torpaqlarına qanunsuz girişini qadağan edib. Azərbaycan məhz bunun müqabilində xoşməramlı davranış sərgiləyərək qanunsuz əməllər törətmiş iranlı sürücüləri qaytardı:

“Demək olar ki, iki ölkə arasında münasibətlərin normallaşma mərhələsinə qədəm qoyuruq. Əslində əlaqələrin korlanması, gərginliyin bu həddə çatması Tehran hökumətinə qətiyyən sərf etmirdi. Hər şeydən öncə iki xalq arasında əsrlər boyu davam dostluq münasibətləri olub. Dini, mədəni və tarixi bağlarımız ortaq köklər üzərində qurulub. Son 1 ayda İranın kəskin mövqe dəyişikliyi, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməsi, təhdid etməsi çox məntiqsiz, ağılsız hərəkətlər idi. İran öz xətalarını görməyə başlayıb. Əgər Tehran hökuməti münasibətləri normallaşdırmaqda maraqlı və səmimi olarsa, üzərinə düşən addımları atarsa, iki ölkənin əlaqələri bir qədər də inkişaf edər”.

Politoloq vurğulayıb ki, münasibətləri gərgin səviyyədə saxlamağın heç bir ölkəyə, ələlxüsus İrana faydası yoxdur:

“Azərbaycanın qonşu ölkələrlə düşmən olmasını istəyən kənar qüvvələr var və onlar aramızdakı soyuqluqdan sevinirlər. Ümid edirəm, qarşılıqlı addımlarla İran-Azərbaycan əlaqələri normallaşacaq və əvvəlkindən daha yaxşı olacaq. İranla Azərbaycan arasında sıx iqtisadi, mədəni, hətta siyasi əməkdaşlıq etmək üçün bir çox səbəb var. İran Cənubi Qafqazın yeni düzənində yer almaq üçün rəsmi Bakı ilə münasibətləri yüksək səviyyədə saxlamalıdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR