Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

"Paşinyan seçki o qədər vədlər verib erməniləri tovladı ki, indi altından çıxa bilmir...”

"Paşinyan seçki o qədər vədlər verib erməniləri tovladı ki, indi altından çıxa bilmir...”

Tarix: 21-01-2020, 16:00

Xəbər verdiyimiz kimi Ermənistdanın paytaxtında yüzlərlə fermer hüquqlarının pzulması və hökumətin məcburi kəsim qaydalarına etiraz olaraq bu gün səhər saatlarından Hökumət Evinin qarşısında etiraz aksiyalarına başlayıblar. Onlar bildiriblər ki, əgər tələblərimz yerinə yetirilməzsə, radikal addımlar atacaqlar. 

Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanda kənd təsərrüfatının bərbad vəziyyətdə olduğunu və Paşinyanın xalqa verdiyi vədlərin heç birini yerinə yetirə bilmədiyini deyir:

“Paşinyan seçki öncəsi o qədər vədlər verib erməni əhalisini tovladı ki, indi də onun altından çıxa bilmir. Az qala erməniləri “məni hakimiyyətə gətirsəniz, süd gölündə üzəcəksiniz” adlı şüarlarla xumarlandırdı. İndi isə ermənilər onlara verilən vədlərin yerinə yetirilməsini tələb edir və bunlar kənd təsərrüfatı sahəsində daha ağır formada təzahür edir. Onsuz da Ermənistdanda kənd təsərrüfatı çökmüş vəziyyətdədir, iş qüvvəsi çatışmır, texniki təchizat demək olar ki, bərbad vəziyyətdədir. Fermerlərə kredit, dotasiyalı güzəştlər, pulsuz yanacaq və lizinqlərlə texnikalar veriləcəyi deyilsə də, bu gün onların heç biri icra olunmadı və bu səbəbdən də fermerlər fəryad edir. Bu gün təkcə fermerlərin səsi eşidilir, amma fermer olmayan və aqrar sektorda çalışan bir təbəqə də Paşinyanın yeritdiyi siyasətdən narazıdır. Ona görə də gələcəkdə bu çox ciddi nəticələrə gətirib çıxara bilər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR