Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bu halda elektrik sayğacları ev sahibinin iştirakı olmadan dəyişdirilə bilər – RƏSMİ

Bu halda elektrik sayğacları ev sahibinin iştirakı olmadan dəyişdirilə bilər – RƏSMİ

Tarix: 22-01-2020, 18:38

"Elektrik sayğaclarında qüsur aşkarlanarsa qüsur aktı yazılır və dəyişdirilir. Bu zaman ev sahibinin orada olması vacib deyil".

Bunu açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, sayğaclar müəyyən müddət ərzində istifadə olunduğu üçün vaxtaşırı nəzarət idarəsi tərəfindən yoxlanılır:
"Baxış keçirilən zaman elektrik sayğaclarında qüsur aşkarlanarsa qüsur aktı yazılır və dəyişdirilir. Bu zaman ev sahibinin orda olması vacib deyil. Amma qüsur aşkarlanan zaman ev sahibinə laboratoriya göstəriciləri haqqında da məlumat verirlir. Ev sahibinin iştirakı olmadan dəyişdirilən sayğaclarda əlavə göstərici ola bilməz".

T. Mustafayevin sözlərinə görə, əgər sayğaca kənar müdaxilələr olubsa bu zaman gedən proseslərdə ev sahibinin iştirakı vacibdir:

"Əgər sayğaca kənardan xətt qoşulubsa və ya hər hansı bir müdaxilə varsa bu zaman ev sahibi müdaxilə faktını görmək üçün mütləq laboratoriyada iştirak etməlidir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR