Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Menstruasiya pozğunluğu olan qadınlarda erkən ölüm riski var — ALİMLƏR

Menstruasiya pozğunluğu olan qadınlarda erkən ölüm riski var — ALİMLƏR

Tarix: 22-01-2020, 19:49

Qadınlarda menstruasiya pozulmaları müxtəlif səbəblərdən erkən ölüm riskini yüksəldir.
"Ölkə.Az" medicina.az-a istinadən xəbər verir ki, bu dəhşətli açıqlamanı Harvard Universitetinin alimləri edib.
Onlar yeni eksperimentin nəticəsində aşkar edib ki, müntəzəm olmayan, eləcə də çox uzun davam edən menstrasiya tsikli vaxtsız və müxtəlif səbəblərdən qəfil ölümü 3 dəfə artırır.
1991-2013-cü illər üzrə 94 min müxtəlif yaş qrupunda qadının tibbi məlumatları analiz olunub.
İştirakçılar müəyyən dövrlərdə menstrual tsiklin gedişi barədə məlumat verirdilər.
14-17, 18-22, 28-48 yaşlarda.
Layihənin əvvəlində onlardan heç birinin diabet, xərçəng, ürək-damar və s xəstəlikləri yox idi.
Təcrübə müddəti bitənə qədər onlardan 1769 nəfəri ölür, 828 nəfərdə onkoloji xəstəlik aşkarlanır, 166 nəfər isə ürək xəstəliyinə tutulur.
Araşdırma göstərib ki, 18-28 yaş arasında müntəzəm və davamlı olmayan aybaşı pozğunluğu olan qadınlar 34% hallarda daha tez ölüb.
28-48 yaş arası menstrual tsikl pozulmaları olanlarda 60 yaşından sonra şəkər, onkoloji xəstəliyə tutulma riski 45% yüksəkdir.
Menstruasiya tsikli 33-40 gün arası uzun olan qadınların erkən ölüm riski 28%-dir.
Buna səbəb kimi aybaşı pozğunluğunda yumurtalıqların polikistozunun yaranmasıdır ki, bu da insulinə rezistentliyi azaldır. Eləcə də bu qadınlarda ürək-damar sistemi zəifləyir.
Ona görə alimlər müntəzəm olmayan və uzun çəkən menstruasiya tsiklini boş bir şey hesab etməyib, vaxtında ginekoloq və endokrinoloqa müraciət etməyi tövsiyə edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR