Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Dövlət Neft Fondu investisiya portfelinin tərkibində dəyişikliklər edib

Dövlət Neft Fondu investisiya portfelinin tərkibində dəyişikliklər edib

Tarix: 23-01-2020, 14:20

İlk dəfə olaraq Dövlət Neft Fondunun investisiya siyasəti layihəsində valyuta vəsaiti portfelinin valyutalar üzrə tərkibində dəyişikliklər nəzərdə tutulub.

Bu barədə Dövlət Neft Fondunun 2020-ci ilin büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilib.
Fondun valyuta vəsaitinin məcmu dəyərinin 55-70%-i (2019-cu ildə 50%) ABŞ dollarında ifadə olunan aktivlərə, 15-30%-i (2019-cu ildə 35%) avroda olan aktivlərə, 5%-ə qədəri İngiltərə funt sterlinqində (2019-cu ildə eyni) olan aktivlərə, qalan 10%-ə qədəri isə digər valyutalarda (cari ildə eyni) ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub.
"2020-ci il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisi 55-70%, Avroda 15-30%, İngilis funt sterlinqində 5%, digər valyutalarda isə 10% səviyyəsində olması proqnozlaşdırılır.
Eyni zamanda investisiya altportfeli daxilində olan borc öhdəlikləri və pul bazarları alətlərinin aşağı uzaqlaşma intervalının maksimum 2%-i olmaqla məcmu dəyərin 65%-i (2019-cu ildə aşağı uzaqlaşma intervalı maksimum 5% olmaqla məcmu dəyərin 55%-i) nəzərdə tutulub", - deyə rəydə qeyd olunub.(apa)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR