Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

Yol Polisi sürücülərə müraciət etdi

Yol Polisi sürücülərə müraciət etdi

Tarix: 23-01-2020, 14:41

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departmantinin verdiyi məlumata əsasən, hava şəraitinin dəyişərək temperaturun 4-6 dərəcə enməsi, küləkli və yağmurlu keçməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədi ilə, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, bu günlərdə yollarda sükün arxasında son dərəcə diqqətli və ehtiyatlı olmalı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümükün qədər həmin ərazilərdə istifadə etməməli, küləkli havada tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini prklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar", - o bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR