Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA

Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA

Tarix: 24-01-2020, 10:13

"Bakı-Quba-Rusiya yolunun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşaasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində tamamlanması nəzərdə tutulub”.

Bunu BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib

Onun sözlərinə görə, Bakı-Rusiya istiqamətində yeni avtomobil yolunun 2018-ci ildə təməli qoyulub: "Mövcud Bakı-Quba-Rusiya istiqamətində olan Bakı-Quba yolunun 45-ci kilometrindən götürür. Ümumi uzunluğu 152 kilometrdir. Birinci texniki dərəcəli olmaqla inşa olunur. Yolun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşaasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Yolun hər iki tərəfi çəpərlənəcək. Hərəkət hissəsinə kənar heç nə daxil ola bilməyəcək. Yol ətrafında maşınlar və sərnişinlərə xidmət üçün istirahət əraziləri qurulacaq. Tam olaraq müasir standartlara cavab verən yol olacaq”.

Anar Nəcəfli əlavə edib ki, yeni salınan yollara alternativ yollar olduğu üçün bu yolların ödənişli olması ilə bağlı təkliflər verilib: "Bildiyiniz kimi, Azərbaycan şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Nəqliyyat dəhlizi üzərində ən böyük elementlərdən biri Bakı-Quba-Rusiya sərhəd yolu və Bakı-Ələt-Astara avtomobil yoludur. Artıq Bakı-Ələt-Astara istiqamətində yeni yolun inşaası artıq yekunlaşdırılıb. Birinci texniki dərəcəyə uyğun olaraq bu il ərzində Astaradan İran sərhədinə qədər yolun inşaası və İranla sərhəddə bir körpünün inşaasının aparılması və Bakı-Quba-Rusiya yolunun istifadəyə verilməsi ilə artıq şimaldan cənuba və ya əks istiqamətdə  istər yük daşımada, istər tranzit yük daşımada, istərsə də sərnişin daşımada və regionları birləşdirmək  baxımından bu yolların çox böyük əhəmiyyəti olacaq.

Bu yollara alternativ yollar olduğu üçün yolların ödənişli olması ilə bağlı təkliflər verilib və inşaat işlərinin yekununa doğru bu təkliflərə baxılacaq. Hər hansı qərar qəbul ediləcəyi təqdirdə artıq ödənişin tətbiqi ilə bağlı işlər aparılacaq. Qeyd edim ki, həm Bakı-Quba-Rusiya, həm də Bakı-Ələt-Astara yolları boyunca müəyyən istirahət əraziləri yaradılır ki, vətəndaşlar istirahət edə bilsin və nəqliyyat vasitələrində yaranan problemləri rahat şəkildə aradan qaldıra bilsinlər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR